Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronun tarixi

Abşeron rayonu 1963-cü il yanvar ayının 4-də yaradılmışdır.
Rayonun yaradılmasında əsas məqsəd Bakı və Sumqayıt şəhərlərinin əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etməkdən ibarət olmuşdur.
Abşeron rayonu 15 inzibati ərazi dairəsindən: 1 şəhər, 8 qəsəbə və 6 kənddən ibarətdir.

Xırdalan şəhəri əhalisinin sayına görə rayonun ən böyük yaşayış məntəqəsi olmaqla həm də rayonun inzibati mərkəzidir. Xırdalan 2006-cı ilin oktyabr ayınadək qəsəbə adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ilin oktyabr ayından Xırdalana şəhər statusu verilmişdir. Ərazisi 1696 hektar olmaqla, əhalisi 101 min nəfərdir.



Saray qəsəbəsi də rayonun qədim və böyük yaşayış məntəqələrindən biridir. Ərazisi 3398 hektar, əhalisi 18976 nəfərdir.Sənədlərdə adı ilk dəfə 1774-cü ildən çəkiliir. Lakin tarixi mənbələrdə kəndin mənşəcə 13-cü əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş saray tayfasının ərazidə məskunlaşması nəticəsində yaranması ehtimal olunur.

Mehdiabad Abşeronun yeni salınmış, lakin böyük qəsəbələrindən biridir. Mehdiabad qəsəbəsinin salınması sırf iqtisadi amillərlə bağlı olub. Abşeron yarımadasında kənd təsərrüfatını, xüsusilə üzümçülüyü inkişaf etdirmək məqsədilə bu ərazidə 1956-cı ildə sovxoz yaradılıb. 1958-ci ildə ilk yaşayış evləri tikilib istifadəyə verilib.Qəsəbədə əsasən Azərbaycanın müxtəlif bölgələrindən olan, xüsusilə 1949-1950-ci illərdə Ermənistandan departasiya edilmiş insanlar məskunlaşıb. Ərazisi 1957 hektar, əhalisi isə 11507 nəfərdir.

Qobu qəsəbəsinin tarixinin təxminən 700 il olduğu ehtimal olunur. Bu yaşayış məskəninin adı «çökəklik» mənasında işlənir. Qobulular əsasən maldarlıqla məşğul olurlar. Qəsəbənin ərazisi 4700 hektar, əhalisi isə 9355 nəfərdir.

Ceyranbatan qəsəbəsi də Abşeron rayonunun yeni salınmış yaşayış məntəqələrindən biridir. Əhalisi 7627 nəfər, ərazisi isə 3168 hektardır.
Bakı şəhərinin 25 kilometrliyində yerləşir. Ceyranbatan 1950-ci ildə inşaatçılar qəsəbəsi kimi yaradılmışdır. Rəvayətlərə görə qəsəbənin salındığı ərazi əvvəllər bataqlıq olduğu üçün oradan ceyranlar keçə bilməyərək batmışlar. 1959-cu ildə salınmış və suyunu Samur-Abşeron kanalından alan Ceyranbatan su anbarı təbii çökəklikdə yerləşir.

Hökməli qəsəbəsi bir sıra tarixi mənbələrdə Abşeronun orta əsrlərdə salınmış yaşayış məntəqələrindən hesab olunur. Lakin digər tarixi mənbələrdə Hökməli hələ atəşpərəstlik dövründə yaşayış yeri kimi mövcud lmuşdur. Tarixi mənbələrdə Hökməlinin adı «Gökan» kimi qeyd olunur. Lakin miladi tarixi ilə 665-661-ci illərdə Azərbaycan ərəb qoşunları tərəfindən işğal olunduqdan sonra Hökməli kimi adlanmağa başlayır. Yəni, «Əlinin hökmü ilə islamı qəbul edən yer». Qəsəbə dəniz səviyyəsindən 300 metr yüksəklikdə yerləşir. Əhalisi 8956 nəfər, ərazisi isə 1750 hektardır.

Güzdək qəsəbəsi də Abşeronun qədim yaşayış məntəqələrindən biridir. Bakının 22 kilometrliyində yerləşir. Əhalisi 2548 nəfər, ərazisi isə 3285 hektardır. Güzdəyin tarixi təxminən 800 il hesablanır. Qəsəbədə 500 yaşı olan daş tapılıb. Bəzi mənbələrə görə «Güzdək» «türk məskəni», digər mənbələrə görə isə «Payız otlağı», «payız binəsi», «kölgəli yer» deməkdir. Eyni zamanda «Güzdək» quzu saxlanılan yer mənasını da daşıyır.
Aşağı Güzdək Abşeronda salınmış yeni yaşayış məskənlərindəndir. Ərazisi 1461 hektar, əhalisi isə 3895 nəfərdir. Qəsəbə Güzdək dəmiryolu stansiyası adı altında 1952-ci ildə hərbiçilər tərəfindən yaradılmışdır.

Digah Abşeronun orta əsr kəndlərindəndir. Bu sözün mənşəyi ətrafında iki mülahizə mövcuddur. Birinci «digah yüksək suvarılmayan yer», ikinci isə «iki təpə arasında yer, məkan, kənd» mənası verir. Ərazisi 417 hektar, əhalisi isə 4599 nəfərdir.

Abşeron bağlarının yaranma tarixi mənbələrə görə 5 min il əvvələ gedib çıxır. Bu ərazidə yerləşən bağlar arasında Novxanı bağları ən qədimi sayılır. Novxanı kəndinin ərazisi 2697 hektar, əhalisi isə 8388 nəfərdir. Novxanı kəndi XVII əsrin ortalarında dəniz suyunun artması (bəzi mənbələrdə güclü zəlzələ) nəticəsində batmışdır. Əhali indi Aşağıbaş adlanan yerdə məskunlaşmışdır. Yeni tikilmiş evlərə farsca «nov xanı», yəni «təzə evlər» adlandırılmışdır ki, bu da sonradan Novxanı kimi səslənmişdir.

Masazır Abşeronun qədim kəndlərinin siyahısındadır. Məşhur Masazır duz gölünün sahilində yerləşir. Ərazisi 1634 hektar, əhalisi isə 11684 nəfərdir. Masazır kəndinin tarixi çox az öyrənilib.

Məmmədli kəndi Abşeronun nisbətən cavan kəndlərindən sayılsa da, onun yerləşdiyi ərazi haqqında çox qədim mənbələrdə məlumat verilir. Bizim eradan əvvəl yaranmış tarixin atası adlandırılan Heredot Azərbaycana səyahət edərkən «Yanardağ»da olmuş, onun yaxınlığında yaşayış məskəninin olduğunu qeyd etmişdir. Yerli əhalinin dediyinə görə 1112-ci ildə monqol işğalı zamanı cənub bölgələrinə gedərək orada Məhəmmədi, Qasımxanlı, Şahsevənli, Qaradağlı adlı kəndlər salmışlar. Kəndin ərazisi 1174 hektar, əhalisi isə 6047 nəfərdir.

Fatmayı Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Əhalisi 3228 nəfər olmaqla, ərazisi 1043 hektardır. Fatmayı kəndinin adı ilə bağlı iki mülahizə vardır. Birinci fikirə görə kənd yelçəkər ərazidə yerləşdiyi üçün «mehi fəth edən yer» anlamına uyğun «Fatmayı» adlanır. İkinci mülahizəyə görə isə kəndin adı «Fatimi» sözündən, yəni Fatimənin nəslindən olanlar adlanıb.

Görədil Abşeronun orta əsrə aid kəndlərindən olsa da, tarixi az öyrənilmişdir. Görədil kəndinin mənası Gör-Ədil, yəni dağ aşrımı üstündə yer, məkan deməkdir. Kəndin əhalisi 1716 nəfər, sahəsi isə 420 hektardır.

Pirəkəşkül vaxtilə Abşeronun qədim kəndlərindən olub. Kənd uzun müddət Çaylı adını daşıyıb. Əhali əsasən qoyunçuluqla məşğul olub. Lakin 1950-ci illərdən əhali Sumqayıt şəhərinə və Saray qəsəbəsinə köçüb. 1988-ci ildə azərbaycanlılar Ermənistandan deportasiya olunduqdan sonra Nazirlər Kabinetinin 30 avqust 1989-cu il tarixli 361 saylı qərarı ilə Qobustan qoyunçuluq sovxozunun ərazisində 300 ailəyə həyətyanı torpaq sahəsi ayrılıb. Kəndin ərazisi 5200 hektar, əhalisi isə 3060 nəfərdir.

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir